Əmanət faizlərini 17%-ə qaldırdı

Əmanət faizlərini 17%-ə qaldırdı | alkredit.az

Manatın devalvasiyasından və Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini artırdıqdan sonra əmanət faizlərinin artması tendensiyası davam edir. İlk mərhələdə faiz dərəcələrini 15%-dək artıran banklar, DəmirBankın son addımı ilə daha da irəli gedə bilərlər.

Belə ki, “DəmirBank” aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb.

“Bu əmanətçilərə gəlirlərini artırmağa imkan verəcək”,- Bankdan bildirilib.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.