1 dolların 2 manata satıldığı şayiədir

1 dolların 2 manata satıldığı şayiədir | alkredit.az

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb.

Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğundan bildiriblər ki, bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.

Qeyd edək ki, bu gün Bakıda "qara bazarda" 1 dolların 2 manata satıldığı marədə məlumatlar yayılıb.

Mənbə: Marja