13 neftçinin yaxınlarına sığorta ödənilib

13 neftçinin yaxınlarına sığorta ödənilib | alkredit.az

"Günəşli" yatağındakı qəza nəticəsində həlak olan neftçilərin ailə üzvlərinə sığorta ödənişlərinin verilməsinə başlanıb.

Bu barədə "Paşa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Sədr qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı təqdim olunmuş sənədlər üzrə onların ailə üzvlərinə sığorta ödənişləri verilib: "Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam həyata keçirilib. Bu istiqamətdə işlərimiz davam etdirilir".

mənbə:marja