14 bank dollar aldı

14 bank dollar aldı | alkredit.az

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 14 banka satılmışdır.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir",- Fondun məlumatında deyilir.

Hərraca çıxardılmış 50 milyon dollar tamamilə alındığından dolların manat qarşısında cüzi bahalaşacağı gözlənilir. Bu gün rəsmi USD/AZN məzənnəsi 1.4929 səviyyəsindədir.

mənbə:marja