2 filialını bağladı – BANKDAN QƏRAR

2 filialını bağladı – BANKDAN QƏRAR | alkredit.az

“Yapı Kredi Bank (Azərbaycan)” Bakıdakı 2 filialının fəaliyyətini dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, bunlardan biri Ziya Bünyadov prospektində yerləşən “Dərnəgül” filialı, digəri isə Babək prospektində yerləşən “Babək Plaza” filialıdır. Filialların bağlanması xərclərin optimallaşdırılması siyasətinə uyğun həyata keçirilib. Xatırladaq ki, “Yapı Kredi Bank (Azərbaycan)” 2015-ci ili 4,5 milyon manat ziyanla başa vurub.