2 kredit ittifaqının fəaliyyəti dayandırıldı

2 kredit ittifaqının fəaliyyəti dayandırıldı | alkredit.az

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 kredit ittifaqına verdiyi lisenziyanı ləğv edib.

Bu barədə AMB-dən məlumat verilib. Məlumata görə, söhbət Cəlilabad rayonundakı “East Credo” və Bakı şəhərindəki “Xəzər Finans” adlı kredit ittifaqlarından gedir.

Onların lisenziyasının ləğv olunması son 1 ildə praktik olaraq fəaliyyət göstərməmələri, eləcə də daxili audit keçirməmələri ilə bağlıdır.