2 trilyon dollarlıq alış-veriş

2 trilyon dollarlıq alış-veriş | alkredit.az

Dünya əhalisi internet vasitəsilə 1,95 milyar dollarlıq mal və xidmətlər alıb.

Dünya miqyasında e-ticarət dövriyyəsi ötən il 24 faiz artaraq, 1 trilyon 943 milyard dollar olub.

Avropada fəaliyyət göstərən e-ticarət şirkətlərinin və dərnəklərinin üzv olduğu "Elektron Ticarət Avropa"nın (Ecommerce Europe) Qlobal 2015 Hesabatına görə, şirkətlərin istehlakçılar ilə bağlı e-ticarət dövriyyəsi (B2C) keçən il 24 faiz artım göstərib.

Hesbata görə, 2014-cü ildə qlobal e-ticarət dövriyyəsi 1 trilyon 563,8 milyard dollardan 1 trilyon 943 milyard dollara yüksəlib.

Ümumilikdə, 1,9 trilyon dollarlıq dövriyyənin 770 milyard dollarlıq hissəsi Asiya Sakit Okean regionunun payına düşüb. Sözügedən ticarətin dövriyyəsi, Avropada 567 milyard dollar, Şimali Amerikada 523 milyard dollar, Latın Amerikasında 37,4 milyard dollar, Yaxın Şərq və Şimali Afrika regionlarında isə 21 milyard dollar təşkil edib.

DÜNYADA E-TİCARƏTİN 1/4-i ÇİNİN PAYINA DÜŞÜR

Hesabatda, Asiya Sakit Okean regionunda adambaşına düşən gəlirin artması və pərakəndə infrastrukturun qurulması ilə e-ticarət gəlirlərinin yaxın gələcəkdə çox güclü şəkildə artacağı qeyd olunub.

Sözügedən bölgədə e-ticarətin bu qədər yüksək reallaşmasında dünyanın ən böyük əhalisinə malik olan Çinin təsir göstərdiyi qeyd olunub. Ötən il Çinin e-ticarət dövriyyəsi 63,8 faiz artımla 538,1 milyard dollara yüksəlib. Dövriyyədə ikinci yeri 483 milyard dollarla ABŞ, üçüncü yeri 169 milyard dollarla İngiltərə, dördüncü yeri 136 milyard dollarla Yaponiya, beçinci yeri 95 milyard dollarla Almaniya tutub.

BU İL ARTIM SÜTƏRİ AZALACAQ

Bu il qlobal e-ticarətin artım sürətinin, qlobal iqtisadi dalğalanmalar ilə bağlı olaraq bir miqdar azalma ilə 16 faiz səviyyəsində artacağı və 2 trilyon 251 milyard dollara çatacağı təxmin edilir.

E-ticarətdə adambaşına xərclənən vəsait Böyük Britaniyada 4 min 82 dollar, ABŞ-da 2 min 888 dollar, Fransada 2 min 126 dollar, Çində isə min 703 dollar təşkil edib.

NƏ ÜÇÜN E-TİCARƏTƏ ÜSTÜNLÜK VERİLİR?

İstehlakçılar tərəfindən son dövrlər e-ticarətə, "daha asan təhlil və müqayisə apara bilmək, daha münasib qiymət variantları" kimi səbəblərlə görə üstünlük verilir. E-ticarətin qarşısındakı maneələr isə infrastruktur çatışmazlığı, etimad problemi, yüksək gömrük rüsumları, qanunlarda olan fərqlər və dil problemi kimi sadalanır.

 

mənbə:marja