20-50 manata fərdi bank seyfləri

20-50 manata fərdi bank seyfləri | alkredit.az

Bank BTB müştərilər üçün faydalı və sərfəli xidmətlər təqdim etməkdə davam edir.

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, qəbul olunmuş strategiyanın əsas meyarları kimi müştərilərə təqdim edilən xidmət dairəsinin genişləndirilməsinə üstünlük verməkdir. Bura şəffaf müştəri bazasının artımı, “müştəri ilə böyümə” prinsipi  və loyal müştəri portfelinin formalaşması da daxildir.

Yeni xidmət olaraq müştərilərə sənədlərin, qiymətli kağızların, zinət əşyalarının və sair qiymətlilərin etibarlı mühafizə vasitəsi olan fərdi bank seyfləri təklif edilir.  Bank BTB fərdi bank seyflərinin tam məxfiliyini, toxunulmazlığını təmin edir və bütün seyflərin keyfiyyəti  üzrə məsuliyyət daşıyır.

Müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri Bank BTB-nin baş ofisində Y.Səfərov küç., 27 ünvanındadır yerləşir. Təklif etdiyimiz  seyflərin icarə müddəti minimum 1 ay, maksimum  2 ildir. Tətbiq olunan “iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliklik təmin edir.  Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.           Fərdi bank seyflərinin güzəştli icarə tarifləri aşağıda cədvəldə qeyd olunur və 04.07.2016 tarixinə kimi güvədədir:

100 mm x 326 mm x 420 mm

1 aylıq

20 man (ƏDV daxil)

200 mm x 326 mm x 420 mm

1 aylıq

30 man (ƏDV daxil)

400 mm x 326 mm x 420 mm

1 aylıq

40 man (ƏDV daxil)

600 mm x 326 mm x 420 mm

1 aylıq

50 man (ƏDV daxil)

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi saytwww.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

mənbə:marja