20 illik ipoteka davam edir

20 illik ipoteka davam edir | alkredit.az

Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankı tikinti şirkətləri vasitəsilə 20 illik ipoteka krediti təklif etməyə başlamışdır.

Bank tikinti şirkətləri ilə əməkdaşlıq edərək onların tikdiyi binalardakı mənzillərin ipoteka ilə satışını maliyyələşdirir.

Bankdan bildirilib ki, devalvasiyadan sonra proqram dayandırılmayıb.

“Tikinti şirkətlərinin müştərilərinə manatla ipoteka kreditinin ayrılması davam edir”, - Bankdan bildirildi.

Qeyd edək ki, ekspertlər manatla satılan yeni mənzillərin qiymətinin artacağını proqnozlaşdırırlar.

Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditini ilkin ödəniş 10%, 8% illik və 20 il müddətinə ayırır.

 

mənbə:marja