20 illik ipotekada müştəri 8% deyil, 4,5% artıq ödəyir

20 illik ipotekada müştəri 8% deyil, 4,5% artıq ödəyir | alkredit.az

Bakı, Xırdalan və Sumqayıt şəhərlərində mənzil tikintisi ilə məşğul olan “Kristal Abşeron” şirkəti devalvasiyadan öncə sərfəli təklifləri ilə diqqəti çəkirdi.

Şirkət mənzillərin illik faiz dərəcəsi 8% olan 20 illik ipoteka ilə satışna başlaması ilə daha da sərfəli olmuşdu. Lakin devalvasiyadan sonra “Kristal Abşeron”un qiymətləri 20-30% qaldırması potensial alıcıları məyus edib.

“QİYMƏTLƏRİ DƏYİŞMƏK MƏCBURİYYƏTİNDƏ İDİK”

“Marja” xəbər verir ki, “Kristal Abşeron” şirkəti qiymətləri artırmasını xarici istehsal olan keyfiyyətli məhsullardan istifadə etməsi ilə əlaqələndirib:

“İnşa etdiyimiz binaların, hal hazırda təhvil verdiyimiz mənzillərdə istifadə edilən materialların keyfiyyəti heç bir tikinti şirkəti ilə müqayisə edilməyəcək qədər olduğunu düşünürük. Qiymətlərimiz və şərtlərimiz keyfiyyət və etibarlılıq amilini nəzərə alarsaq, bu gün bazarda ən sərfəlisidir.

Təmir və tikintidə istifadə edilən İspaniya, İtaliya, İndoneziya, Türkiyə, Almaniya və s. kimi ölkələrdən alınan məhsullarımız xarici valyuta ilə həyata keçirilir. Devalvasiyadan sonra bu isə o deməkdir ki, artıq mənzilin maya dəyəri və satış  qiyməti əvvəlki kimi ola bilməz. Şirkətimiz layihələri zamanında və qüsursuz tamamlaya bilməsi üçün, keyfiyyəti aşağı salmadan mənzilləri təhvil verə bilməsi üçün qiymətlərdə müəyyən qədər dəyişmə etmək məcburiyyətində idi”.

“Kristal Abşeron” bildirir ki, təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, parket döşəmə, istilik radiatorları və s. daxildir.

“BU, SAKİNLƏRİN NARAZILIĞINA SƏBƏB OLUR ”

Bir çoxları düşünür ki, mənzilin alıcıya ucuz başa gəlməsi üçün tikinti şirkəti mənzilləri təmirsiz təhvil verməlidir, hansı tikinti materialarından istifadə etməyə alıcı özü qərar verməlidir. “Kristal Abşeron” bu fikirə aşağıdakı kimi cavab verir:

“Daha öncə təmirsiz təhvil verdiyimiz binalar olub. Binanın təhvil verilməsindən 4 il keçməsinə baxmayaraq, hələ də binada hansısa sakin mənzilini təmir etdirməkdədir. Bu da sakinlərin ümumi narazılığına səbəb olur. Sakinlərimizdən gələn istək və tələblər əsasında şirkətimiz daha sonrakı layihələrdə mənzilləri tam təmirli təhvil vermək qərarına gəlib. Bəzi hallarda isə mənzil alan şəxsin ümumiyyətlə təmirə nə vaxtı nə də pulu olmur. Düşünürük ki, mənzilləri tam təmirli təhvil verməyimiz bizim üstünlüyümüzdür”.

8% NOMİNAL FAİZİN EFFEKTİV FAİZİ 4,5%-DİR

“Kristal Abşeron” şirkəti  tərəfindən elan edilən tam təmirli mənzillərin kreditlə satışındakı illik 8% (nominal), bəzi müştərilər tərəfindən 16% nominal faiz dərəcəsinin effektivi kimi anlaşılırdı. Bu yanlış fikiri arada qaldırmaq məqsədi ilə şirkət faiz dərəcəsini belə izah edir:

“Bundan öncə elanlarımızda da qeyd edildiyi kimi mənzil satışları illik 8% olmaqla həyata keçirilir. Bu rəqəm dövlət ipotekası ilə eyni olduğundan bəzi insanlar inanmırlar ki, “Kristal Abşeron” dövlət ipotekasından da sadə şərtlərlə və sadəcə şəxsiyyət vəsiqəsi ilə tam təmirli mənzillərin kreditlə satışını həyata keçirə bilər. Ona görə də təqdim etdiyimiz illik 8%, effektiv faiz kimi, onun nominal faizi isə 16% kimi yalnış anlaşılırdı. Bu yalnış anlaşılmanı aradan qaldırmaq üçün bildiririk ki, təqdim etdiyimiz 8% effektiv deyil, nominal faizdir, bu gün sizə 8% nominal faizin effektiv faiz dərəcəsinin maksimum 4.5% olduğunu nümunə ilə açıqlamaq istəyirik.

Nümunə: Kredit məbləğiniz 10.000 manatdırsa 12 ay ərzində aylıq ödənişiniz 869.89 AZN olacaq. 12 ayın yekununda toplam ödəniləcək məbləğ isə 12 ay x 869.89 AZN = 10438.68AZN olacaq. 1 ilin yekununda ödənilən faiz məbləği yalnış anlaşıldığı kimi 800 manat deyil, 438.68 manat olacaq. Əgər 1 il ərzində aylıq ödənişləriniz daha çox olarsa bu faiz 4.5%-dən də aşağı olur”.

Qeyd edək ki, “Kristal Abşeron” Xırdalanda tikdiyi binalarda mənzilin 1 kadrat metrinin qiymətini 950 manatdan 1260 manata, Bakıda Qara Qarayev metrosu yaxınlığında tikdiyi binada isə 1380 manatdan 1780 manata qaldırıb.