23 bank dollar aldı

23 bank dollar aldı | alkredit.az

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 23 banka satılmışdır. Bu barədə "Marja"ya Fonddan bildirilib.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir".

Qeyd edək ki, bu gün USD/AZN məzənnəsi 1.5024 səviyyəsindədir. Məlumata görə, hərracda dolların orta satış qiyməti 1,5062 olub. Mərkəzi Bankın açıqlayacağı rəsmi məzənnənin bu səviyyə ətrafında olacağı gözlənilir.

mənbə:marja