38 günədək faizsiz kredit

38 günədək faizsiz kredit | alkredit.az

 

DəmirBankın plastik kartı ilə müştəri üçün kredit xətti açıla bilər. Kartla kredit xətti əsasən 1 il müddətinə açılır, lakin kredit xətti üzrə 38 günədək faizsiz müddət mövcuddur. Bu zaman:

  • Növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilərsə kredit xəttindən istifadəyə görə faizlər hesablanmır
  • Növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilməzsə və ya qismən ödənilərsə kredit borcuna görə istifadə müddəti ərzində adi qayda ilə 27% illik dərəcəsi ilə faiz hesablanır

Müqavilə ərzində kartla kredit xəttindən dəfələrlə istifadə olduqda da yuxarıda göstərilən qaydalar tətbiq edilir. Kartla kredit xətti əmanətçilərə və iş yerindən arayış əsasında digər müştərilərə verilir.

Əmanətçinin istəyinə əsasən plastik kartla “Göy”, “Sarı”, “Qırmızı” əmanətlərinin 70%-dək məbləğdə kredit xətti açıla bilər. Kartla kredit xətti əmanət müqaviləsi müddəti ərzində açılır.