50 dollardakı neft dünya üçün hədiyyədir

50 dollardakı neft dünya üçün hədiyyədir | alkredit.az

Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi əmirliyinin İqtisadi İnkişaf Departamentinin sədri Ali Al Mansoori, bareli 50 dollar olan neftin "dünyaya bir hədiyyə" olduğunu, çünki qiymətlərin iqtisadi inkişafı dəstəkləyəcək qədər aşağı olduğunu söyləyib.

Al Mansoori, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) dördüncü ən böyük neft istehsalçısı oaln Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında verdiyi müsahibəsində, qiymətlərin 45 dolları gördükdən sonra gələn il yəqin ki, 60 dollar olacağını söyləyib.

Brent nefti, hədsiz qlobal təklif şəraitində,bu il 16% ucuzlaşb və bu gün 48.08 dollar olub.

Al Mansoori, "Neft qiymətlərinin 50 dollara düşməsi dünyaya bir hədiyyədir," deyib və "Neftin 50 dollarda qalmasından narazısınız? Mütləq bir şəkildə yox. Neftin 70- 80 dollara çıxmasını istəyirik, ancaq bundan yuxarı qiymətlər güman edirəm ki, iqtisadi artıma mənfi təsir göstərəcəkdir" şəklində danışıb.

"QAZAN-QAZAN"

Neftin qiymətinin 50 dollar ilə 60 dollar arasında olmasının "qazan-qazan" vəziyyəti olduğunu, çünki bundan istehsalçıların olduğu kimi istehlakçıların da qazanclı çıxdığını söyləyən Al Mansoori, "Alıcılar üçün bu vəziyyət bir fürsətdir. Çünki bunlar növbəti beş il ərzində, əmtəə qıt hala gələcəyi səbəbindən, iqtisadi böyümə siyasətlərini formalaşdırmaq üçün mümkün olduğu qədər bundan istifadə edəcəklər" şəklində danışıb.

Düşən neft qiymətlərinə baxmayaraq əmirliyin ümumi daxili məhsulunun (ÜDM) gələn il dəyişməyəcəyini bildirən Al Manspoori, "Əmirlik iqtisadiyyatı böyütmək üçün əlindən gələni edir, ancaq əgər edə bilməsək, gələn il bir çətinlik ola bilər. Biz də bu çətinliyi bir imkana çevirib 2017-ci ildə güclü artma keçərik" - deyib.

Al Mansoori, Əbu-Dabidə böyük layihələrin davam etdiyini deyib.Əbu-Dabi əmirliyi ölkənin  ÜDM-nin 70 %-ni təmin edir.

Qeyd edək ki, qlobal neft təklifinin (hasilatının) azalmayacağı gözlənilir. Sanksiyaların ləğv edilməsi ilə İranın daha çox neft ixrac etməsinə başlaması ilə əlaqədar olaraq bazarda 2016 ili ərzində həddən artıq neft bolluğu vəziyyətinin davam edəcəyi bildirilir.

 

mənbə:marja