8 Mart üçün 49 manata xüsusi proqram

8 Mart üçün 49 manata xüsusi proqram | alkredit.az

Qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranı 8 Mart üçün xüsusi proqram hazırlayıb.

Qonaqları canlı musiqi və moda nümayişi ilə həyəcan dolu şou-proqram gözləyir.

Menyuya içkilər, milli və Avropa mətbəxinin orijinal və ləziz yeməkləri daxil edilmişdir.

Xüsusi proqramda iştirak etmək üçün bir nəfərin biletinin qiyməti 49 manat təşkil edir.

8 Mart gününü “Belveder” restoranında qeyd etməklə, sevimli yarınıza uzun müddət yadda qalacaq əsl bayram əhval-ruhiyyəsi bəxş edin. Bilet və yer sifariş etmək üçün (012) 496 80 00, (050) 2353508 nömrələri vasitəsilə “Excelsior Hotel & Spa Baku” otelinə zəng vurun.

“Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.