Aşağı neft qiymətləri bu ölkələri vurdu

Aşağı neft qiymətləri bu ölkələri vurdu | alkredit.az

Neft qiymətləri 2015-ci ildə 35%-ə yaxın, ötən ilin İyun ayından bəri isə 70%-ə yaxın aşağı düşüb. Neftin ucuzlaşması neft idxalçısı ölkələrə yarayarkən, ixracatçı ölkələri çətin vəziyyətdə qoyub.

Rusiya

Ümumi ixrac gəlirlərinin təxminən 58%-i neft və qazdan olan Rusiyada iqtisadi çətinliklər davam edir. Rusiyanın büdcəsi olduqca kiçilib, inflyasiya çox yüksəkdir və Rublun dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb. Rusiyanın yaşadığı iqtisadi böhrandan 2016-da da çıxa bilməyəcəyi proqnozlaşdırılır.

Braziliya

Braziliya da düşən neftin qiyməti səbəbindən inflyasiya və işsizliklə mübarizə aparır. Hər keçən ay vəziyyətin daha da ağırlaşdığı ölkədə, bu ilin sonunda iqtisadi geriləmənin 3%-ə çıxması gözlənilir.

Azərbaycan

Azərbaycan düşən neftin bədəlini kəskin devalvasiya ilə ödəyib. Bu ay "üzən" məzənnə rejiminə keçən Azərbaycanın pul vahidi manat dollara qarşı Dekabrda 47%, Fevral ayından bəri isə təxminən 2 dəfə ucuzlaşıb.

Səudiyyə Ərəbistanı

Neft gəlirlərinin aşağı düşməsi Körfəz ölkələrinə də pis təsir edir. Beynəlxalq Valyuta Fondu (BVF) bu məsələdə ən çox zərərə məruz qalan ölkənin Səudiyyə Ərəbistanı olduğunu açıqlayıb. BVF-yə görə, ölkə bu il təxminən 73 milyard dollar itkiyə məruz qalıb. BVF, neftdə ucuzlaşmanın davam etməsi halında Səudiyyə Ərəbistanının 5 il ərzində iflas edə biləcəyini bəyan edib.

mənbə:marja