ABB-Moskva üçün bank zəmanətlərinin məbləği artırılmışdır

ABB-Moskva üçün bank zəmanətlərinin məbləği artırılmışdır | alkredit.az

Rusiya Federal Gömrük xidmətinin (FGX) əmri ilə ABB-Moskva Bankı üçün bir bank zəmanətinin maksimal məbləği 35 mln. rubldan 140 mln. rubla və fəalliyətdə olan bütün bank zəmanətlərinin maksimal məbləği 170 mln. rubldan 700 mln. rubla qədər artırılmışdır.

Xatırladaq ki, 2010-cu ildə Rusiya FGX ABB-Moskva Bankını gömrük rüsumlarının ödənişi üzrə zəmanətlər vermək hüququna malik olan bankların siyahısına daxil etmişdir. Maliyyə-kredit təşkilatlarının bu siyahıya daxil edilməsi bank tərəfindən müştəri üçün illik zəmanət haqlarının endirilməsinə və təsdiqi müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir.