AccessBank-ın göstəriciləri təəccübləndirdi

AccessBank-ın göstəriciləri təəccübləndirdi | alkredit.az

“AccessBank” təlatümlü 2015-ci ildən sağlam çıxması ilə diqqəti cəlb edir. Bankın beynəlxalq standartlara uyğun idarə edilməsi risklərini xeyli azaldıb.

31 Dekabr 2015-ci il tarixinə bankın cəmi kredit portfeli 922 milyon 797,3 milyon manat təşkil edib. Kredit portfelinin 7,55%-nin və ya 69 milyon 693 min manatının ödəmə vaxtı keçib. Bu hazırda sektorda ən aşağı göstəricilərdən biridir.

Müqayisə üçün deyək ki, devalvasiyadan sonra əksər banklarda probelmli kreditlər kredit portfellərinin 10%-ni, bəzi banklarda isə 20%-ni ötüb. “AccessBank”da problemli kreditlərin aşağı olması bankın daha sağlam müştəri portfelinə və maliyyə vəziyyətinə malik olduğuna işarə edir.

Məzənnənin dəyişməsindən sonra bir çoxları gözləmə mövqeyi tutaraq kreditləri ödəmir. Vəziyyət sabitləşdikdən sonra banklarda problemli kreditlərin bir az azalacağı gözlənilir.

“AccessBank” öz kaptalı güclü olan banklardandır. Bank 203 milyon manatdan çox məcmu kapitala malikdir.

31 Dekabr 2015-ci il tarixinə Bankın cəmi aktivləri 1 milyard 188 milyon 797.945 min manat, depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla) 279 milyon 812.5 manat, öhdəlikləri 1 milyard 30 milyon 557.81 min manat təşkil edib.

“AccessBank”da əhalinin 172 milyon 154.43 min manat əmanəti var.

İLİ MƏNFƏƏT İLƏ BAŞA VURUB

“AccessBank” QSC 2015-ci ili 1 milyon 706,3 min manat xalis mənfəət ilə başa vurub.

Ötən il bankın cəmi gəlirləri 191 milyon 371,5 min manat, o cümlədən faiz gəlirləri 171 milyon 567.77 min manat, qeyri-faiz gəlirləri 19 milyon 803.73 min manat təşkil edib.

Bankın vergilər ödənilənədək xalis mənfəəti 5 milyon 163.63 min manat olub, bu məbləğdən 3 milyon 457.37 min manat mənfəət vergisi ödənilib.

mənbə:marja