AccessBank borcları MilliÖn terminallarından yığacaq

AccessBank borcları MilliÖn terminallarından yığacaq | alkredit.azAccessBank-ın müştəriləri kreditlərini MilliÖn ödəmə terminallarından ödəyə biləcəklər

AccessBank, müştərilərinin rahatlığını düşünərək, kreditlərin MilliÖn ödəmə terminalları vasitəsilə ödənilməsi üçün şərait yaradıb.

Artıq müştərilər Banka gəlmədən, günün istənilən vaxtı onlara ən yaxın olan MilliÖn ödəmə terminalından kredit ödənişini rahatlıqla həyata keçirə bilərlər. Ödəmə terminalları Bakı şəhəri və Azərbaycanın digər şəhərlərində ictimai yerlərdə quraşdırılıb.

Kredit ödənişini MilliÖn terminallarından Azərbaycan manatı və ABŞ dolları ilə etmək mümkündür. Bunun üçün monitorda göstərilən “Bank xidmətləri”ni seçərək, “AccessBank” bölməsinə keçib müvafiq əməliyyatları həyata keçirmək lazımdır. Ödəniş iş günü ərzində saat 20:00-dək aparılarsa vəsaitlər həmin günün ödənişi kimi qəbul olunur. Saat 20.00-dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş gününün ödənişi kimi qəbul olunur.

Qeyd edək ki, terminal vasitəsilə aparılan kredit ödənişlərinə görə xidmət haqqı tutulmur.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.