“AccessBank”dan “ixtisar” açıqlaması

AccessBankdan ixtisar açıqlaması | alkredit.az

“AccessBank” ASC işçilərin ixtisarı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Bankdan bildirilib ki, işçilərin ixtisar edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

"Bankda heç bir kütləvi ixtisar həyata keçirilməyib və gözlənilmir. Bizdə vakansiyalarımız da olduğu kimidir, işçi qəbulu da həyata keçirilir. Əksinə, azalma əvəzinə işçilərin sayı artır. Son zamanlar manatın ucuzlaşaması ilə bir sıra şirkətlərdə baş verən ixtisarların bizə heç bir aiddiyyatı yoxdur", - deyə Bankdan qeyd olunub.

İXTİSARLAR İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİLDİYİ BİLDİRİLİRDİ

Bildirək ki, bir neçə filiallarda çalışan işçilər tərəfindən verilən məlumata əsasən, "Access Bank" rəhbərliyi tərəfindən əməkdaşlara ixtisarlara hazır olmaları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, 2014-cü il ərzində "AccessBank"da çalışan işçilərin sayı 17,5% artraq 2015-ci il yanvarın 1-nə 2 184 nəfər təşkil edib. Hazırda bankın 341 mindən artıq müştərisi var.