AccessBank iki nominasiyanın sahibi oldu

AccessBank iki nominasiyanın sahibi oldu | alkredit.az

AccessBank Azərbaycanda Amerika Ticarət Palatasının keçirdiyi AMCHAM CSR 2014 Excellence Award müsabiqəsinin “Mədəniyyət” nominasiyasında qalibi və “Korporativ Filantropiya” nominasiyasında ikinci yerin sahibi oldu!
Amerika Ticarət Palatasının Azərbaycan nümayəndəliyi 15 sentyabr 2014-cü il tarixində AMCHAM CSR 2014 Excellence Award Müsabiqəsini elan etdi. Müsabiqənin əsas məqsədi 2013-2014-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərin korporativ sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirdikləri layihələrin ən yaxşılarının seçilməsi idi. 69 şirkət müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak etdi. 3 ay ərzində müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət olan jüri təqdim olunan layihələri diqqətlə təhlil etdi. Sonda 05 fevral tarixində təntənəli mükafatlandırma mərasimi baş tutdu. “Ətraf mühit”, “Təhsil”, “Korporativ filantropiya”, “Mədəniyyət”, “Dayanıqlılıq”, “Könüllü fəaliyyəti”, “İqtisadi dəstək” və “Bölgələrin inkişafı” nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri elan olundu. Sumqayıt və Xaçmaz şəhərlərində fiziki imkanları məhdud şəxslərin sənət işlərindən ibarət müsabiqənin təşkilinə görə AccessBank “Mədəniyyət” nominasiyasında qalib oldu! “Gələcək - uşaqların gözü ilə” layihəsi çərçivəsində Gəncə şəhərində aztəminatlı ailələrin uşaqlarının göz əməliyyatlarının təşkilinə görə AccessBank “Korporativ Filantropiya” nominasiyasında ikinci yerin sahibi seçildi!