AccessBank texnologiyaya fokuslanır

AccessBank texnologiyaya fokuslanır | alkredit.az

Maliyyə bazarında azalan gəlirlər bankları xərclərini daha da azaltmağı məcbur edir. Xərclərin azaldılmasının ən səmərəli yollarından biri əməliyyatların avtomatlaşdırılması, informasiya texnologiyalarının geniş tətbiqidir.

Bazardakı son prosesləri qiymətləndirən AccessBank  İT sahəsini gücləndirir. Bank artıq   "DBA - Database Administrator"u vəzifəsi üzrə vakansiya elan edib. Bankın elanında qeyd edilir ki, administrator məlumatlar bazasının sistem idarəçiliyini həyata keçirəcək, klaster, yüksək yüklü və sapıntıya davamlı sistemlərin yaradılmasını, idarə olunmasını və dəstəklənməsini; strukturlaşdırılmış kabel sistemini, lokal hesablama şəbəkəsini qurmağı və proqramlaşdırmanı həyata keçirəcəkdir. Namizəd İnformasiya Texnologiyası sahəsində 3 ildən artıq iş təcrübəsinə malik olmalıdır..

Elan ilə ətraflı buradan tanış ola bilərsiniz.

 

Mənbə: Marja