AccessBank zərər etdi

AccessBank zərər etdi | alkredit.az

Yüz faiz xarici kapitallı bank olan “AccessBank” QSC uzun müddətdir mənfəətlə işlədikdən sonra zərər edib.

“Marja” Bankın açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bank 2015-ci ilin birinci rübünü 2 milyon 346.32 min manat xalis zərər ilə başa vurub.

Bankın birinci rübdə cəmi gəlirləri təxminən 45 milyon manat təşkil edib. “AccessBank” 46 milyon 306 min manat faiz gəlirləri əldə etdiyi halda, qeyri-faiz gəlirləri üzrə 1 milyon 276 min manat zərər edib.

DEVALVASİYADA 5 MİLYON MANATDAN ÇOX İTİRİB

“AccessBank”ın qeyri-fazi gəlirləri üzrə zərəri məzənnə dəyişməsi (devalvasiya) nəticəsində yaranıb. Belə ki, bank qeyri-faiz gəlirlərinə daxil olan hesabların aparılması üzrə xidmətlərdən 3 milyon 674 min manat komisyon gəliri, 114.84 min manat digər qeyri-faiz gəlirləri əldə etdiyi halda, Bankın məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis zərəri  5 milyon 65.29 min manat təşkil edib.

ÖTƏN İLİN BİRİNCİ RÜBÜNDƏ 16,4 MİLYON QAZANMIŞDI

Qeyd edək ki, 2014-cü ilin birinci rübündə “AccessBank”ın cəmi gəlirləri 39 milyon 745 min manat, xalis mənfəəti isə 16 milyon 403 min manat təşkil etmişdi.