“AGBank” ın müştəriləri “Uduşlu kupon” qazanmaq şansı əldə edəcəklər

AGBank ın müştəriləri Uduşlu kupon qazanmaq şansı əldə edəcəklər | alkredit.az

“AGBank” “Həzz Kart” sahibləri üçün nağdlaşdırma kampaniyasına başlayır.

kart istifadəçiləri fevralın 12-dən 15-dək “Həzz Kart” ilə 300 manatadək nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 4 günlük kampaniya çərçivəsində müştərilər “Həzz Kart”dan yalnız alış-veriş zamanı deyil, həmçinin nağd pul ehtiyaclarını da ödəyə biləcəklər. “Həzz Kart” ilə Sevgililər gününü həzlə keçirin.

3 aylıq opsiya üzrə nağlaşdırmanın komissiya haqqı 5 faiz təşkil edir. Yəni, müştərilər 300 manat nağdlaşdırma etdiyi halda 3 ay ərzində banka 315 manat (5 faiz nağdlaşdırmaya görə komissiya ilə birgə) vəsaiti hər ay 105 manat ödəməklə geri qaytarmalıdırlar.

Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən müştərilər “Uduşlu kupon” qazanmaq şansı əldə edəcəklər. Belə ki, “AGBank”ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. “Uduşlu kupon” 2011-ci ildə bank tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Hər bir plastik kart istifadəçisi banka məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əsginazlarının arasında uduşlu kupona rast gələ bilər.

“Həzz Kart” “AGBank” tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1, 3, 6, 12, 18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsilə istifadə oluna bilər.

http://azertag.az/xeber/831533