AGBank-dan Hezz Kart

AGBank-dan Hezz Kart | alkredit.az

 

Həzz Kart – AGBank tərəfindən pulsuz təqdim olunan faizsiz kredit kartıdır. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. Həzz Kart bankın tərəfdaşları olan bütün geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, habelə restoran, supermarket, turizm, kinoteatr və digər ticarət obyektlərində keçərlidir.

Bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi  hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslar bankın tərəfdaş şəbəkəsi daxilində istifadə oluna bilər.

 

İllik faiz
0% 
Bank xərcləri
Yoxdur 
Kartın qiyməti 
Pulsuz
Kartın müddəti                   
36 ay
Ödəniş Hər növbəti ayın 1-dən 11-dək
Bonus sistemi: Partnyor mağazalarda Həzz kartla edilən əməliyyatlara görə bonus qazanırsınız
Yaş həddi
18-65
Tələb olunan
Şəxsiyyət vəsigəsi və iş yerindən arayış
Zamin: 
Tələb olunmur

 

http://www.agbank.az/?/az/content/457/