“AGBank” “Həzz Kart” lotereyasının qaliblərinə hədiyyələr təqdim edib

AGBank Həzz Kart lotereyasının qaliblərinə hədiyyələr təqdim edib | alkredit.az

“AGBank”ın keçirdiyi “Həzz Kart” lotereyasının üçüncü tirajının şanslı qalibləri müəyyən olunub.

Bankdan AzərTAc-a bildiriblər ki, Gəncə şəhərinin sakinləri İbadət Məmmədov “Həzz Kart”la alış-veriş edərək yeni iPhone 6 (16 Gb) smartfonuna, Mətanət Həsənova isə Dubaya iki nəfərlik səyahət turpaketinə sahib olublar.

Digər Bakı şəhər sakini Taleh Qaraşov isə iPad Air (16 Gb) planşeti hədiyyə olaraq qazanıb.