Ailəvi gəl, daha böyük kredit məbləği və endirim al!

Ailəvi gəl, daha böyük kredit məbləği və endirim al! | alkredit.az

 

Əhalinin aşağı faizli nağd kreditə ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” 23 iyun 2014-cü il tarixindən etibarən “Ailə krediti” layihəsinə start verir. “Ailə krediti”-nin əsas üstünlüyü illik faiz dərəcəsində 6%-dək endirim və daha böyük məbləğdir. “Ailə krediti” bir ailənin 2 və daha çox üzvünün birlikdə əldə etdiyi kredit məhsuludur.

“Ailə krediti”-ni kimlər ala bilər?
“Ailə krediti”-ndə ərizəçi kimi yalnız 1-ci dərəcəli qohumlar (ata, ana, bacı, qardaş, həyat yoldaşı və minimum yaşı 20 olan övladlar) iştirak edə bilər. “Bank of Baku”-nun daimi müştəriləri və heç vaxt bankdan kredit almamış yeni müştərilər ərizəçi qismində çıxış edə bilər.

“Ailə krediti” güzəştləri hansı meyarlara əsasən təyin edilir?
Banka müraciət edən ailə üzvlərinin sayı artdıqca təqdim olunan kreditin məbləği də artır və hər yeni ailə üzvünə görə əldə edilən illik faiz dərəcəsində endirim yüksəlir. Maksimal endirim 6%-dəkdir. “Bank of Baku”-nun tarixçəli müştərilərinə daha yüksək imtiyazlar nəzərdə tutulur.

Kreditin maksimal məbləği və müddəti nə qədərdir?
Maksimal müddət - 48 ay
Maksimal məbləğ - 20 000 AZN

Ətraflı məlumat üçün AILE yaz, 8145-ə göndər.

 

http://www.bankofbaku.com/az/stock/ailevi-gel-daha-boyuk-kredit-meblegi-ve-endirim-al/