ALBALI PLUS artıq telefonunuzda

ALBALI PLUS artıq telefonunuzda | alkredit.az

ALBALI PLUS artıq telefonunuzda

Unibank ALBALI PLUS kart sahibləri üçün möhtəşəm yenilik etdi.  ALBALI PLUS-un yeni mobil əlavəsi artıq smarfonlarda. Mobil əlavənin köməyi ilə kart istifadəçiləri kartları ilə bağlı istənilən məlumatdan  cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar. Bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək,  karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, ALBALI PLUS  kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı- bu imkanlar artıq  ALBALI PLUS kartının yeni əlavəsində birləşdi.

Həmçinin, bank filiallarını, hətta  yaxınlığınızda olan ATM ünvanlarını da   mobil əlavədə görə  biləcəksiniz.

 

Bütün bunlar inanılmaz gəlsə də,   Unibank tərəfindən  məhz müştərilərinin rahatlığı üçün yaradılan yenilikdir. Əlavənin yüklənməsi isə çox asandır. Play Market və App Store-a daxil olub yeni əlavəni mobil telefonunuza pulsuz yükləyə bilərsiniz.  Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:

Android - https://play.google.com/store/apps/details…
iOS - https://itunes.apple.com/az/app/albal-plus/id972168616…

 

ALBALI PLUS mobil əlavəsini istifadə edin, həm vaxtınıza qənaət edin, həm də

arzunuzu reallaşdırın!