Alkredit.az şirkəti gəncləri 3 aylıq "Yay Təcrübəsi 2015"-ə dəvət edir!

Alkredit.az şirkəti gəncləri 3 aylıq "Yay Təcrübəsi 2015"-ə dəvət edir! | alkredit.az

Əgər siz də Alkredit şirkətinin dinamik, enerjili, böyüyən komandasının bir üzvünə çevrilmək istəyirsinizsə, bu fürsəti  qaçırmayın!

Vakansiya ilə maraqlanan şəxslər,  CV-lərini mövzu yerinə “Təcrübə Proqramı” yazaraq  [email protected] email ünvanına göndərə bilərlər. CV-lərin qəbulu 05-15 İyun tarixləri arasında həyata keçiriləcəkdir.

Təcrübəni uğurla tamamlayan gənclər sertifikat ilə təmin olunacaq! 
Qeyd edək ki, alkredit.az saytı kredit məhsullarının axtarışını və muqayisəsini etmək üçün yaradılmış layihədir. Layihə 2013-cu ildə başlamışdır. Portalda, Azərbaycanın ən böyük banklarının bütün kreditləri öz əksini tapır. alkredit.az, kreditlər arasında müqayisə edərək istifadəçilərə ən uyğun olanını seçmələrinə köməklik göstərir.

Namizədlər üçün tələblər:

  1. İntizamlılıq
  2. Ünsiyyətcillik
  3. Operativlik
  4. Kollektivlə işləmək bacarığı
  5. Təşkilatçılıq
  6. Office proqramlarında işləmək bacarığı
  7. Sosial şəbəkərin idarəsində yaxından iştirak etmək

 

Ünvan: AF Business House, 3rd floor, Baku Business Factory bbf.az