Alkredit.az şirkəti satış komandasını böyüdür.

Alkredit.az şirkəti satış komandasını böyüdür. | alkredit.az

 

Praktiki satış və danışıqlar aparma texnikası üzrə təlim

Alkredit.az şirkəti, öz satış komandasını qurmaq məqsədilə praktiki satış və danışıqlar aparma texnikası üzrə təlim təşkil edir.

Təlimin məqsədi:

Təlim praktiki xarakter daşıyaraq, konkret gəlir əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Çalışqanlıq, məsuliyyətlilik iştirakçılarda tələb olunan xüsusiyyətlərdəndir. Təlim zamanı nəzəri biliklərlə yanaşı iştirakçıların potensial müştərilərlə görüşlər keçirib satış etməsi tələb olunacaqdır. Hər bir iştirakçı nəinki gəlirlərində həmçinin şəxsi inkişafında dəyişikləri praktiki olaraq hiss edəcək.

Təlimdə iştirak etmək üçün CV-lərinizi 12.06.2015-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.

Təlimi müvəffəqiyyət ilə bitirənlər Alkredit.az şirkətinin daimi əməkdaşları olmaq şansı əldə edəcəklər.

Təlimdə kim iştirak edə bilər:

-          21 – 29 yaş arası gənclər;

-          Yay dönəmində çalışmaq istəyən gənc tələbələr;

-          Satış sahəsində təcrübəsi olan şəxslər;

* Təlimdə yalnız intervyudan keçmiş şəxslər iştirak edə bilərlər.

Təlimin tarixi və müddəti:

Tarix:  20, 21 iyun 2015

Vaxt: 10:00 – 14:00

Təlim proqramı:

Modul 1 (4 saat)

-          Satışın mahiyyəti və həyatımızdakı rolu;

-          İdeal satıcı olmaq üçün vacib xüsusiyyətlər və təlim iştirakçısı ilə müqayisəsi;

-          Müştəri tipləri və onların ehtiyacları;

-          Müştərinin düşüncə tərzi;

-          Zənglər;

-          İlkin kontaktın qurulması;

Modul 2 (4 saat)

-          Danışıqlar prosesi;

-          Korporativ müştərilərə yanaşma;

-          Danışıqlar zamanı etirazlar və onlarla işləmə qaydaları;

-          Müştəri ilə danışıqlar zamanı istifadə edilən sözlər və onların əhəmiyyəti;

-          Təklif edilən motivasiya sisteminin təqdimatı;

 

Təlimçi barədə məlumat:

Alkredit.az şirkəti satış komandasını böyüdür. | alkredit.az

Sənan Həsənov

Bank sektorunda 10 ildən artıq iş təcrübəsinə malikdir. Maliyyə, Marketinq, Müştəri Xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışaraq bir sıra yeni məhsul və xidmətlər, Beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş layihələr həyata keçirmişdir.

Ali İqtisadi təhsilə malikdir. Həmçinin fəaliyyəti dövründə ölkə daxilində və xaricdə bir çox təlimlərdə iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirmişdir. NİMA təlim proqramında iştirak etmiş, NİMİ Marketing- A diplomuna malikdir. 2008-ci ildən Bank əməkdaşları üçün Yüksək keyfiyyətli xidmət, Korporaktiv satış texnikaları, Bank məhsullarının çarpaz satışı, Ümumi Bank işi, Plastik kartlarla iş və digər bir sıra mövzularda təlimlər keçməkdədir. Təlimlərin praktiki, asan başa düşülən və interaktiv formada aparılmasını həyata keçirərək hər bir təlim iştirakçısının maksimum fayda əldə etməsini təmin edir.

Həmçinin Sənan Həsənov 2013-cü il Aprel ayından etibarən BMG International şirkətinin təsisçisidir. Əsasən təlim – kadr seçimi, kənardan xidmət – məsləhət xidmətləri olmaqla fəaliyyət göstərən şirkət bu günədək NarMobile, Rabitəbank, PrintMarket, JANGHO International, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və bir sıra digər yerli və beynəlxalq şirkətlərə müxtəlif çeşidli xidmətlər göstərmişdir.


“Uğurun açarı Sizsiniz! Özünüzü kəşf edib, uğura doğru addımlaya bilərsiniz” Sənan Həsənov