Alkredit vasitəsilə kreditə müraciət rahatlaşdı

Alkredit vasitəsilə kreditə müraciət rahatlaşdı | alkredit.az

 

Alkredit.az saytı kredit məhsullarının axtarışını və müqayisəsini rahat və səmərəli şəkildə həyata keçirmək üçün veb xidmətdir. Bu xidmət vasitəsilə banklardan kredit almaq istəyən vətəndaşlar, müxtəlif bankları kredit şərtləri ilə yaxından tanış olaraq, onları müqayisə edə bilər və uyğun kreditə asanlıqla müraciət edə bilərlər. Vətəndaşların kreditə müraciətini daha da rahatlaşdırmaq məqsədilə Xercim.az, Alkredit.az şirkəti ilə partnyorluğa start vermişdir.

Xərcim.az layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə qənaət etmə yolları haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. Proqram təminatını buradan yükləyə bilərsiniz.

Beləki, artıq xercim.az istifadəçiləri də cəmi 30 saniyə ərzində rahatlıqla kredit kartı sifarişi edə bilər. Bunun üçün Xərcim.az tətbiqinə daxil olaraq, kart əlavə et bölməsinə daxil olmaq, Alkredit bölməsinə keçərək, tələb olunan kartı seçmək və tələb olunan formanı doldurmağınız kifayət edir. Hal-hazırda tətbiq vasitəsilə yalnız bank kredit və taksit kartlarına müraciət etmək mümkündür. Əsas üstünlük isə ondan ibarətdir ki, bütün əməliyyatları mobil tətbiq üzərindən həyata keçirəcəyinizidən, zamanınıza daha çox qənaət etmiş olacaqsınız.

Alkredit vasitəsilə kreditə müraciət rahatlaşdı | alkredit.az

Qeyd edək ki, Alkredit şirkətinin “Financial İnnovation Forum 2015”-də açıqlamasına görə, yalnız bu il www.alkredit.az portalı vasitəsilə onlayn kredit müraciətinin həcmi 42 milyona, istifadəçilərin sayı isə 14 680-ə çatmışdır.