AMB-dən Yunanıstan Mərkəzi Bankına 60 milyard avro

AMB-dən Yunanıstan Mərkəzi Bankına 60 milyard avro | alkredit.az

Avropa Mərkəzi Bankı Yunanıstan Mərkəzi Bankına 60 milyard dollarlıq təcili likvidlik təmin edəcək

Almaniyanın “Die Welt” qəzetinin xəbərinə görə, Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti, Yunanıstan Mərkəzi Bankının kommersiya banklarına verə biləcəyi təcili likvidliyin limitini 60 milyard avro müəyyənləşdirib.

AMB Yunan banklarına müstəsna olaraq verdiyi fondu kəsmişdi.

Yeni Yunan hökuməti Xilasetmə planına qarşı çıxır. Hökumətin Almaniya ilə apardığı ilk rəsmi danışıqlar nəticəsiz qalıb.

Almaniyanın Maliyyə Naziri Wolfgang Schaeuble, Yunan həmkarı Yanis Varoufakis ilə Berlində keçirdikləri görüşdən sonra “razılaşmamaq üzrə razılaşdıqlarını” söyləyib.