Artıq banklar dolları 5% də baha sata bilərlər

Artıq banklar dolları 5% də baha sata bilərlər | alkredit.az

Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir.

Bəs üzən məzənnə rejimi nədir?

“Mərkəzi Bank” bildirir ki,  “Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır, hər gün və tez-tez dəyişir. Lakin, “üzən” valyuta məzənnəsi rejimi mərkəzi bank tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Belə ki, müstəsna hallarda Mərkəzi Bank məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilər.

Bu gün bəzi saytlar bankların mövcud qanunvericiliyin tələbini pozduğunu  yazırlar. Qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni, valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.

Lakin unudulur ki, bu qayda təsbit edilmiş məzənnə rejimi zamanı keçərlidir. Manatın məzənnəsi tələb və təklifdən asılı olaraq formalaşdığından banklar dolları nəyinki maksimum 2%, tələb təklifdən asılı olaraq 3%, 5%, 10% və s. baha və yaxud ucuz sata bilərlər. Mərkəzi Bankın dollar/manatda elan etdiyi  1.55 baza məzənnəsidir.

 

mənbə:marja