ASAN Xidmətdə daha bir yenilik

ASAN Xidmətdə daha bir yenilik | alkredit.az

Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sferasında qabaqcıl şirkətlərdən biri olan CONNECT şirkətinin şəhərin müxtəlif hissələri və ətraf qəsəbələrlə yanaşı “ASAN Xidmət” Mərkəzlərində də Müştəri Xidmətləri Ofisləri fəaliyyət göstərir.

Belə ki, bir müddət əvvəl fəaliyyətə başlamış Müştəri Xidmətləri Ofislərində abunəçilər CONNECT TV efir-kabel televiziyası və CONNECT NET internet provayderinin xidmətlərinə qoşulma haqda sifariş verə bilər, abunə haqqlarını (Paypoint aparatları vasitəsilə) ödəyə, onları maraqlandıran məsələlər, tətbiq olunan yeniliklər və s. haqda məlumat əldə edə bilərlər.

Belə ki, təqdim olunan TV və İnternet xidmətlərilə bağlı müvafiq məlumat almaq üçün vətəndaşlar və abunəçilər 2 saylı “ASAN Xidmət” mərkəzi (Bakı, Nobel prospekti 23, AMAY Ticarət mərkəzinin 2-ci mərtəbəsi) və ya 4 saylı “ASAN Xidmət” mərkəzində (Bakıxanov qəs, Sülh küç. 197) yerləşən CONNECT Müştəri Xidmətləri Ofislərinə müraciət edə bilərlər.

Qeyd edək ki, CONNECT TV və CONNECT NET xidmətlərinə qoşulma ödənişsizdir. Şirkət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ərtaf qəsəbələrdə əhaliyə efir-kabel televiziyası və internet provayder xidmətləri təqdim edir. Şirkət əhatə dairəsini mütəmadi olaraq genişləndirir.