ASB “Intertech” şirkəti ilə əməkdaşlığa başlayıb

ASB Intertech şirkəti ilə əməkdaşlığa başlayıb | alkredit.az

“Azərbaycan Sənaye Bankı” bank proqram təminatının yenilənməsi ilə bağlı işlərə başlamışdır. Proqram təminatının yenilənməsi ilə bağlı Türkiyənin qabaqcıl şirkətlərindən “Intertech” ilə əməkdaşlıq etməkdədir.
“Intertech” şirkəti ilə əməkdaşlıq çərçivəsində, Bankın proqram təminatı yenilənəcək, internet və mobil bankçılıq xidmətləri müştərilərə təqdim ediləcəkdir.

“Intertech” şirkəti 1987-ci ildə qurulmuşdur. Dünyanın 30-dan artıq – “Denizbank”, “Sberbank”, “Royal Bank of Scotland”, “Citibank”, “Standard Chartered” kimi maliyyə təşkilatlarına xidmət göstərməkdədir. “Microsoft”, “HP”, “Intel” və “Oracle” şirkətlərinin rəsmi tərəfdaşıdır.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın məcmu kapitalının həcmi 67,4 milyon manat təşkil edir. Bankın digər xidmətləri haqqında alkredit.az ünvanından ətraflı məlumat alına bilər.