“AtaBank” ASC öz müştərilərini sevindirməyə davam edir.

AtaBank ASC öz müştərilərini sevindirməyə davam edir. | alkredit.az

1 yanvar 2015-ci il tarixindən etibarən “AtaBank” ASC öz müştərilərini Dubaydakı 20-ci alış-veriş festivalına dəvət edir!  Kampaniya çərçivəsində “AtaBank”-ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar. Aksiya 1 fevral 2015-ci il tarixinədək qüvvədədir.


Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün  Visa “Explore” mobil proqramını hazırlayıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

Qeyd edək ki, 2004-cü ildən “AtaBank” VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.