“AtaBank”-dan İnanılmaz təkliflər kampaniyasına start verildi.

AtaBank-dan İnanılmaz təkliflər kampaniyasına start verildi. | alkredit.az

1 yanvar 2016-ci il tarixindən etibarən “AtaBank” ASC öz müştərilərini Dubaydakı 21-ci alış-veriş festivalına dəvət edir!  Kampaniya çərçivəsində “AtaBank”-ın Visa kartlarının sahibləri restoran, mehmanxana və ya geyim mağazalarında bir çox xüsusi təklif və endirimlərdən istifadə etmək imkanına malik olacaqlar.


"İnanılmaz təkliflər" kampaniyası  2016-cı il, Yanvarın 1-dən Fevralın 1-dək keçirilir. Təkliflər gündəlik olaraq qeydiyyatdan keçmiş müştərilərə qeydiyyat zamanı təqdim etdikləri SMS nömrəsi və e-poçt vasitəsilə açıqlanacaq.

 

Xüsusi olaraq öz müştərilərinin rahatlığı üçün  Visa “Explore” mobil proqramını hazırlayıb. “AtaBank” – ın müştəriləri alış-veriş və əyləncədən maksimum zövq ala bilərlər. Visa Explore sayəsində internetdə bir şey axtarmaq üçün onlarla səhifə yükləməyə ehtiyac yoxdur – bütün əlverişli təklif və endirimlər artıq əlinizin altındadır.

 

Qeyd edək ki, 2004-cü ildən “AtaBank” VISA International Beynalxalq ödəniş sistemi assosiasiyasının üzvüdür. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

www.atabank.com

https://www.facebook.com/atabank.