AtaBank investisiya layihələrini davam edir.

AtaBank investisiya layihələrini davam edir. | alkredit.az

“AtaBank” ASC noyabrın 19-da  İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Goranboy rayonunun Goran qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumunda iştirak etmişdir. Tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

2015-ci il ərzində  “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 26 milyon manat güzəştli kredit verilmişdir.

Qeyd edək ki, "AtaBank" ASC 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi  bank tərəfindən 115 milyon manat güzəştli kredit verilib.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

"AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.comwww.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.