“AtaBank” kartları internet ödəmələrini daha cəlbedici edir.

AtaBank kartları internet ödəmələrini daha cəlbedici edir. | alkredit.az

Müştərilərin ödəniş kartları ilə internetdə apardıqları əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “AtaBank” “3D Secure” texnologiyasının aktiv tətbiqini davam etdirir.

Bu günə qədər “SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş, lakin “3D Secure” (“Verified by Visa”/”MasterCard Secure Code”) xidmətindən istifadə etməyən “AtaBank” ASC-nin kart istifadəçiləri “AtaBank” tərəfindən “3D Secure” xidmətinin “dinamik” versiyasına qoşulmuşdur.

“3D Secure” (“Verified by Visa” / ”MasterCard Secure Code”) texnologiyası kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi dinamik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. İnternetdə əməliyyatın aparılması zamanı kart istifadəçisinin mobil telefonuna SMS şəklində birdəfəlik şifrə daxil olur. Həmin şifrə internet saytında qeyd ediləndən sonra əməliyyat uğurla həyata keçir. Beləliklə Siz “SMS Xəbərdarlıq” xidmətindən istifadə etməklə avtomatik olaraq bu sistemə qoşulursunuz. Bununla əlaqədar olaraq, bankın sistemində Sizin tərəfinizdən mobil telefonunuzun düzgün göstərilməsi vacibdir.

Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət həm Visa, həm də MasterCard kartlarına şamil olunur.