“AtaBank” masaüstü tennis yarışmasında bank xidməti göstərib

AtaBank masaüstü tennis yarışmasında bank xidməti göstərib | alkredit.az

Bakıda Milli Gimnastika Arenasında keçirilən beynəlxalq masaüstü tennis yarışmasında “AtaBank” ASC səyyar bankomatı olan “AtaMatik” ilə bank xidməti göstərib.

üç gün davam edən çempionatda “AtaBank” iştirakçılara, azarkeş və nümayəndələrə “AtaMatik” vasitəsilə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradıb. “AtaMatik” səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.