“AtaBank” uşaq evini ziyarət etdi

Hər zaman sosial layihələrə dəstək olan  “AtaBank” ASC bu dəfə də 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günündə 270-dən çox azyaşlı və məktəbli uşaqların qaldığı Şağan  qəsəbəsində fəaliyyət göstərən  1 saylı uşaq internat  evini ziyarət etdi.

Valideyn himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. “AtaBank” ASC tərəfindən uşaqlar üçün nahar süfrəsi təşkil olunmuşdur.

Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkli çəkildi.

Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

AtaBank uşaq evini ziyarət etdi | alkredit.az

AtaBank uşaq evini ziyarət etdi | alkredit.az