AtaTexnologiya jurnalistlər üçün təqdimat keçirdi

AtaTexnologiya jurnalistlər üçün təqdimat keçirdi | alkredit.az

29 sentyabr 2015-ci il tarixində “AtaTexnologiya” MMC-nin fəaliyyəti ilə bağlı mətbuat nümayəndələri üçün təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində çıxış edən “AtaTexnologiya” MMC-nin baş direktoru Mais Yusifov şirkətin məhsulları və xidmətləri haqqında geniş məlumat verdi. Mais Yusifov bildirdi ki, proqram təminatı sahəsində “Enterprise Resource Planning” sistemlərinin yaradılması ilə tanınan şirkət 2005-ci ildən Türkiyənin bu sahədə qabaqcıl şirkətlərindən biri olan “Logo” nun rəsmi partnyorudur.

İri müəssisə və təşkilatların mühasibat, anbar, satış, loqistika, istehsal, insan resurslarının idarə olunması və.s işlərinin avtomatlaşdırılmasında böyük təcrübəyə malik olan şirkət bir çox uğurlu layihələr həyata keçirmişdir. Şirkət “Hp” şirkətinin “Silver Partner”i kimi “server”, kompüter, şəbəkə, çap avadanlıqlarının satışı və onlara texniki xidmətin göstərilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

Dünyanın məhşur şəbəkə, “İP telofoniya”, təhlükəsizlik, kamera və.s sistemlərinin istehsalçısı olan “Cisco Systems” şirkətinin yerli partnyorlarından biri olan “AtaTexnologiya” MMC bu sahədə də bir çox iri layihələri həyata keçirmişdir. Mobil bazarda korporativ müştərilərə “Mobis” (Mobil İnformasiya servisləri) brendi adı altında əlavə dəyər xidmətləri təklif edən şirkət bu sahədə qabaqcıl mobil texnologiyalardan istifadə etməklə yeni-yeni maraqlı layihələrlə çıxış edir.

 

 

mənbə:report