AtraBank məcmu kapitalı 50 milyon manatı üstələdi

AtraBank məcmu kapitalı 50 milyon manatı üstələdi | alkredit.az

 

“AtraBank” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin dekabr ayında yaradılmışdır. Əvvəl “ATRA” Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərmişdir. 29.08.2005-ci il tarixdən isə “AtraBank” Açıq Səhmdar Cəmiyyəti kimi öz fəaliyyətini davam etdirmişdir.

Artıq 22 ildir ki, AtraBank Azərbaycanın bank bazarında öz mövqeyini möhkəm saxlayır. Bu vaxt ərzində Bank daimi inkişaf edir və həmişə müasir tələblərə tamamilə cavab verən bir maliyyə struktur olaraq öz müştərilərinin zövq və etibarını doğruldur.

Bankın müştəriləri həm fiziki şəxslər, həm də özəl şirkətlərdir. İldən ilə müştərilərinin sayı artmaqda olan AtraBank -ın əsas prinsiplərindən biri   müştəriyə yuksək xidmət, xususi yanaşma və kommersiya sirrinin qorunmasıdır. Əlbəttə ki, bunların hər biri müştəri üçün çox vacib və etibar yaradan amillərdir.

“AtraBank” ASC Azərbaycan Respublikasının Ticarət-Sənaye Palatasının, Azərbaycan Respublikasının Banklar Assosiasiyasının, VISA İnternational Beynəlxalq Ödəmə Sisteminin, SWIFT Ümumdünya banklararası maliyyə telekommunikasiyalar cəmiyyətinin üzvüdür.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi ilə bank arasında imzalanmış memorandum əsasında bank, kiçik və orta sahibkarlığın  USAİD proqramı üzrə proektlərin kreditləşdirilməsini uğurla həyata keçirir.

“AtraBank” ASC İqtiasdi İnkişaf Nazirliyi, Sahibkarlığıa Kömək Milli Fondu tərəfindən imzalanmış müqaviləyə əsasən vəsaitlərin yerləşdirilməsi üzrlə müvəkkil bank seçilmişdir və bu gündə fəaliyyətini uğurla davam etdirir.

Bankın son maliyyə ili üzrə auditini həyata keçirən kənar auditor haqqında məlumat, onun seçilməsi qaydası və meyarı:

Bankımız 1998-ci ildən kənar audit tərəfindən audit olunur:

“KPMG” – 1998-ci ildən 2002-ci ilə qədər;

“Deloitte & Touche” MMC – 2002-ci ildən 2006-cı ilə qədər;

“Baker Tilly” Az. MMC – 2007-ci il üzrə;

“RSM Kapital Karden” MMC – 2008-ci ildən 2009-cu ilə qədər;

“RSM Kapital Karden” MMC – bağlanmış müqaviləyə əsasən 2009-2010 illər üzrə audit aparıldi

Xarici auditin seçilməsi bankda Audit Komitəsi yaranana qədər İdarə Heyəti tərəfindən həyata keçirilirdi.

Audit Komitəsi yarandıqdan sonra Komitənin təklifinə uyğun audit seçilir. Seçimdə əsas məqsədlərdən biri onun dünya miqyasında tanınması və tutduğu yer nəzərə alınır. Bundan başqa, ona çəkilən xərc də nəzərə alınır. Belə ki, Audit Komitəsinin xarici auditlərlə apardıqları danışıqlar analiz edilir və yuxarıda göstərilən şərtlər daxilində xarici audit seçilir.

Bank fəaliyyətinin əsas istiqamətləri kənd təsərrüfatı sahəsi, tekstil və neft sənayelərinin inkişafına yönəldilib.

Hal-hazırda bankın 13 filialı, 3 şöbəsi və 28 valyuta mübadilə məntəqəsi var. Filialların 11-i Bakı-Abşeron,  2-si isə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərir.

Bizim 22 il təcrübəmizə etibar edin.

Tel: *9595

 

www.atrabank.az

https://www.facebook.com/AtraBankASC?fref=ts