Aviasiya sığortaçısının bəzi göstəriciləri azalma meylindədir

Aviasiya sığortaçısının bəzi göstəriciləri azalma meylindədir | alkredit.az

“İpək Yolu Sığorta” ASC 2015-ci ilin yanvar-sentyabr ayları dövrünü 2,14 milyon manat xalis mənfəət ilə başa vurub.

Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, şirkətin əməliyyat gəlirləri 16,89 milyon manat, o cümlədən topladığı sığorta haqları 16,11 milyon manat, təkrarsığorta haqları 217,47 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlir 494 min manat, komissyon muzdlar üzrə gəlir 67,82 min manat təşkil edib.

Xalis sığorta ehtiyatlarının mənfi dəyişməsi nəticəsində gəlirlərdə 1,17 milyon manat azalma olub.

“İpək Yolu Sığorta”nın cəmi gəlirləri 16,40 milyon manat, cəmi xərcləri isə 14,04 milyon manat olub.

Qeyd edək ki, “İpək Yolu Sığorta” 2014-cü  ili  22,32 milyon manat gəlir, 17,26 milyon manat xərc, 5,07 milyon manat mənfəət və 4,05 milyon manat xalis mənfəət ilə başa vurmuşdu. 9 aylıq fəaliyyətinin nəticələri şirkətin bu ilin sonunda 2014-cü illə müqayisədə daha az gəlir və xalis mənfəət açıqlayacağına işarə edir.

AKTİVLƏRİ ARTIB

9 ayda “İpək Yolu Sığorta” ASC-nin cəmi aktivləri 8,4% artaraq 30 Sentyabr 2015-ci il tarixinə 31,28 milyon manat təşkil edib. Şirkətin depozit hesablarında pul vəsaitləri 5,2 milyon manatdan 10,82 milyon manata çıxıb.

Şirkət 14,77 milyon manat nizamnamə kapitalına, 17,30 milyon manat isə cəmi kapitala malik olub.

Yanvar-Sentyabr aylarında “İpək Yolu Sığorta”nın təkrarsığortaçı üzrə öhdəlikləri 1,6 dəfəyə yaxın artaraq 2,82 milyon manatdan 4,41 milyon manata çıxıb. Qeyri-həyat sığortası sahəsi üzrə sığorta ehtiyatları isə 71% artaraq 9,19 milyon manata qalxıb. Əsasən bunlarla əlaqədar olaraq, ilin əvvəli ilə müqayisədə Şirkətin cəmi öhdəlikləri 40% artaraq 13,97 milyon manata yüksəlib.

"İpək Yolu Sığorta" ASC 1995-ci ildə yaradılmışdır. Şirkət bazarda aviasiya sığortaçısı kimi tanınır.

mənbə:marja