Avtomobil idxalı dərin tənəzzüldə

Avtomobil idxalı dərin tənəzzüldə | alkredit.az

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobilin gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu əhalinin avtomobil almadığına, rəsmi distiribyutor və dilerlərin də müvafiq olaraq avtomobil satşlarının dəfələrlə azaldığına işarə edir.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Oktyabr aylarında (10 ayda) Azərbaycana xaricdən idxal  olunan nəqliyyat vasitələri ötən ilin eyni dövrü ilə müqayisədə 53,5% azdır.

Ekspertlər bildirirlər ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi, aksiz vergisinin dərəcələrinin artırılması və əhalinin gəlirlərinin azalması ilə bağlıdır.

Ölkəmizə 2014-cü ildə 64 minə yaxın avtomobil idxal olunub. Bu il avtomobil idxalının ötən illə müqayisədə təxminən 2 dəfə azalaraq 30 min-dən də az olacağı gözlənilir.

 

mənbə:marja