Avtomobilini icbari sığortalayanlar üçün – ENDİRİMLİ KASKO TƏKLİFİ

Avtomobilini icbari sığortalayanlar üçün – ENDİRİMLİ KASKO TƏKLİFİ | alkredit.az

QARANT SIĞORTA AGENTLİYİ və PASHA SIĞORTDAN ENDİRİMLİ SIĞORTA TƏKLİFİ!

“Qarant Sığorta” agentliyi yeni kampaniyaya başlayıb. Agentliyin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, avtomobilini icbari sığortalayan müştərilərə kasko sığortada 10 % endirim və hissəli ödəniş təklif edilir.

Qeyd edək ki, indiyədək “Qarant Sığorta” agentliyinin əsas tərəfdaşı “Qarant sığorta” şirkəti idi. Amma bir qədər əvvəl “Qarant Sığorta” şirkəti fəaliyyətini dayandırdığını elan edib. Nəticədə indi adı çəkilən sığorta agentliyi “PAŞA Sığorta” şirkəti ilə əməkdaşlıq edir. Bu dəfəki endirim kampaniyası da məhz «Paşa Sığorta» şirkəti ilə birlikdə keçirilir.

Kampaniya istehsal yerindən aslı olmayaraq son 10 ilin avtomobillərinə şamil edilir. Məsələn, bazar qiyməti 35 min manat olan 2010-cü il model 2.4 l mühərikli “Mercedes E Class” avtomobilinin kasko sığortası adi qaydada 1400 manat təşkil edir. Ancaq müştəri endirimlə bu sığortanı 1260 manata əldə edə bilər. Üstəlik sığorta haqqını 3 hissəyə bölməklə 2 ayda bir dəfə ödəmək imkanı da yaradılır. Yəni, müştəri 1260 manatlıq sığorta haqqını 420 manat olmaqla ödəyə bilər. Sığorta haqqı 1000 manata kimi olduqda 2 hissəyə, 1000-1500 manat olduqda 3 hissəyə, 1500-2000 manat olduqda 4 hissəyə bölünməklə ödənilə bilər.

R.Səmədov bildirib ki, sığorta haqqı ödənilən müddətdə hadisə baş verərsə, bu zaman müştəri sığorta haqqının qalan hissəsini birdəfəlik ödəyir. Daha sonra isə avtomobilə dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanır.

Agentliyin rəhbərinin sözlərinə görə endirim kampaniyasının martın 20-nə kimi davam edəcək.