AXA aktivlərini satmağa başlayıb
Fransanın sığorta qrupu Axa, İngiltərədəki həyat və əmanət sığortası aktivlərini satmaq üçün danışıqlar aparır.
AXA bu aktivləri 650 milyon funt-sterlinq (952 milyon dollar) qarşılığında satmağı nəzərdə tutub.
İndidən bəzi aktivlərinin satışı üçün müsbət danışıqlar apardıqlarını açıqlayan Axa, İngiltərədəki Elevate adlı məsləhət şirkətini Standard Life PLC-yə satmaq üçün razılaşdıqlarını və satış prosesinin ilin ikinci yarısında başa çatacağını bildirib.
Maliyyə xidmətləri şirkəti Standard Life, Elevate-i alaraq 160 min müştərini özünə bağlamış olacaq. Birləşmədən sonra ortaya çıxacaq şirkətin İngiltərənin ən böyük məsləhət şirkətlərindən biri olacağı gözlənilir.
mənbə:marja