Ayda 80 manat ödəməklə ev almaq olacaq – Şərh

 

Ayda 80 manat ödəməklə ev almaq olacaq – Şərh | alkredit.az

Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlqama verib. Onun sözlərinə görə, sözügedən fond vətəndaşlara yüngül şərtlərlə mənzil sahibi olmaq imkanı verir:

“Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlər ilə mənzilə sahib olmaq imkanı verir. Sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür və neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, bunun üçün ölkənin vəsaiti var. Bu fondların formalaşdırılması Mənzil Məcəlləsində də nəzərdə tutulub. Həmin Məcəlləyə əsasən, sosial kirayə və mənzil fondlarının yaradılması planlaşdırılır. Sözügedən sənəd sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını və bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi formalarını müəyyən edir.

Məcəllədə qeyd olunur ki, sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusudur. Məcələninin 108-ci maddəsində o da yazılır ki, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələrinin əvəzsiz istifadə müqavilələri əsasında verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilir. Deməli, aztəminatlı ailələrə hətta yaşayış sahələrinin əvəzsiz verilməsi üçün hüquqi baza da mövcuddur”.

İqtisadçı bildirib ki, fondun formalaşdırılması heç də mənzilə sahib hansısa ailənin ikinci bir evə sahib olması demək deyil.

Beləliklə, əhalinin sosial vəziyyətinə, mənzil probleminin həllinə müsbət təsir edəcək və eləcə də əmlak bazarında qiymətləri aşağı salacaq layihənin hüquqi bazası hazırdır. İndi sadəcə tətbiqi mexanizmlərini formalaşdırmaq və fondun yaradılmasına başlamaq lazımdır”.

 

Mənbə:aktual