Azər Türk Bankın ödəniş kartları ilə alış-verişi rahatlaşdırdı

Azər Türk Bankın ödəniş kartları ilə alış-verişi rahatlaşdırdı | alkredit.az

Azər Türk Bank alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verən, müştərilərinə ən rahat və güvənli ödəniş vasitəsi olan ödəniş kartlarını təklif edir.

Bu kartlar müştərilərə müvafiq POS-terminallarla təchiz edilmiş ticarət və xidmət mərkəzlərində rahat ödəniş imkanı yaradır, onları nağd vəsait gəzdirmək qayğısından azad edir.

Azər Türk Bankın ödəniş kartlarının sahibləri Bankın “Card to Card”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank” və müxtəlif onlayn ödəmə xidmətlərindən də faydalana bilərlər.

Ödəniş kartları müştərilərə günün istənilən saatında müxtəlif bank əməliyyatlarını həyata keçirmək, bank hesabını mobil telefonla nəzarətdə saxlamaq, bank hesabı ilə bağlı məlumat əldə etmək, müxtəlif çeşidli bank əməliyyatlarını həyata keçirmək, elektron ödənişlərini tam təhlükəsiz bir şəkildə yerinə yetirmək üstünlükləri qazandırır.

Azər Türk Bankın debit və kredit kartlarını Bankın istənilən filialına müraciət etməklə, yaxud www.azerturkbank.az saytına daxil olub onlayn qaydada sifariş etmək olar.

Azər Türk Bank insanların nağdsız ödənişlərin üstünlükləri ilə bağlı məlumatlandırılmasını təmin etmək məqsədilə Bankın sosial şəbəkələrdəki korporativ səhifələri vasitəsilə maarifləndirmə işi aparır. Bu səhifələrə daxil olmaqla müştərilər ödəniş kartlarının sifarişi, istifadə qaydaları və s. bağlı məlumatlandırıcı materiallarla tanış ola, onları maraqlandıran sualları Bankın əməkdaşlarına ünvanlaya bilərlər.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlarıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.