“Azər Türk Bank” Gəncədə yeni ofisdə

Azər Türk Bank Gəncədə yeni ofisdə | alkredit.az

“Azər Türk Bank” ASC-nin Gəncə filialının yeni ofisinin açılışı olub.

Bankın yaydığı məlumata görə, müasir inkişaf konsepsiyasına uyğun qurularaq modern bankçılıq texnologiyaları ilə təchiz edilmiş ofisdə müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb.

Gəncə şəhəri, M.A.Abbaszadə küç.35 ünvanında yerləşən Gəncə filialı həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada fərdi və korporativ müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, valyuta mübadiləsi, ödəniş kartları, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri göstərilir.

Xatırladaq ki, bu, "Azər Türk Bank"ın 2015-ci il ərzində istifadəyə verilmiş sayca beşinci yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın “Yasamal” filialı və 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi yaradılıb. Eyni zamanda “Bakı” və “Mərkəz” filiallarının müasir standartlara uyğun qurulmuş yeni ofislərinin açılışı olub.