«Azər Türk Bank»la «ASAN Xidmət» yeni layihəyə başlayıb

«Azər Türk Bank»la «ASAN Xidmət» yeni layihəyə başlayıb | alkredit.az

«Azər Türk Bank» «ASAN Xidmət» ilə təlim proqramına başlayır. Bankdan fins.az-a verilən məlumata görə, Bank tərəfindən, daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş gənclərə “ASAN School” könüllülük məktəbi çərçivəsində təlim keçməsi nəzərdə tutulub.

«Təlim proqramı gənclərə bankçılıqla əlaqədar müxtəlif təlimlərdə iştirak etmək və daha sonra imtahandan keçərək Azər Türk Bankda iş təcrübəsi qazanmaq imkanı yaradacaq»-deyə məlumatda bildirilir. Azər Türk Bankda əldə olunmuş təcrübə, könüllülərin “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” karyera mərkəzi vasitəsi ilə gələcək karyera yüksəlişində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Səhmlərinin 75 faizi Azərbaycan Dövlətinə məxsus olan Azər Türk Bankın bu proqramı həyata keçirməkdə məqsədi, korporativ sosial məsuliyyətin düzgün şəkildə idarə olunması, Bank tərəfindən ölkəmizin gənclərinə faydalı dəstəyin verilməsidir.

mənbə:fins.az